Qadınlar bu 3 səhvi edən kişilərdən BİRDƏFƏLİK UZAQLAŞIR
    • 28-10-2023, 12:55
    • 591

Qadınlar bu 3 səhvi edən kişilərdən BİRDƏFƏLİK UZAQLAŞIR

"Tanışlıq proqramları və saytlarında qadınlara yazılan cümlələrin, sətirlərin məzmunu onun diqqətini həm cəlb edə, həm də qadını kişidən birdəfəlik uzaqlaşdıra bilər"

News24.az “Daily Mail”ə istinadla xəbər verir ki, bu fikirləri şəxsi münasibətlər kouçu Luanna Uord “deyib.

 Kouç hesab edir ki, bu mövzuda kişilər əsas bu 3 səhvi edirlər:“Birincisi, ünsiyyətin başlanğıcında “necəsən, nə var, nə yox?” sualının verilməsidir. Bu zaman qadınlar düşünür ki, qarşısındakı maraqlı söhbət aça bilmədiyi üçün hələ ona nələrin maraqlı olacağını bilmir və ənənəvi suallar verir. Qadın normal olaraq düşünür ki, o, söhbəti davam etdirməkdə çətinlik çəkirsə, üzbəüz görüşdə nə danışacaq?”,- deyə Uord izah edib.

O, həmçinin bildirib ki, mesajlarda həddən artıq çoxlu emojilərdən istifadə etmək tanışlıq üçün heç də yaxşı bir başlanğıc deyil: “Emojilərin çoxluğu iyrənc və yersiz görünür.

Əgər qadın yazdığınız mesajlara cavab vermirsə, ona “ Mənə məhəl qoymursan?” və ya “Niyə cavab yazmırsan” deyə yazmayın. Anlayın ki, cavab verməyib susmağın 2 səbəbi var: ya həmsöhbət məşğuldur yaza bilmir, ya da sizinlə ünsiyyət qurmaqda maraqlı deyil”.

Mütəxəssis vurğulayıb ki, qadının diqqətini cəlb etmək üçün ona uzun-uzadı süni mesajlar yazmaqdansa, ilk dəfədən səmimi SMS yazmaq daha məqsədəuyğundur, çünki qadın intuisiyası çox güclüdür.

Ayşən