Netanyahu əsas məqsədlərini AÇIQLADI - VİDEO
    • 29-10-2023, 00:00
    • 237

Netanyahu əsas məqsədlərini AÇIQLADI - VİDEO

İsrail Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı müharibənin ikinci mərhələsinə başlayıb.

News24.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bu gün keçirilən mətbuat konfransında deyib.

"Dünən gecə bizim quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, müharibənin ikinci mərhələsidir", - nazir bildirib.

Netanyahunun sözlərinə görə, müharibənin ikinci mərhələsi Fələstin radikal hərəkatının hərbi və siyasi infrastrukturunun məhv edilməsini, eləcə də girovların qaytarılmasını nəzərdə tutur.