-
- 27-10-2023, 13:19
- 217
Netanyahu imtina etdi: əməliyyata başlamayacaq
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Qüvvələrinin (TSAXAL) Qəzza zolağına müdaxiləsi ilə bağlı əmri imzalamaqdan imtina edib.
News24.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail ordusunun komandanlığı əməliyyatın yekun planını tərtib edib.
“Hərbi rəhbərlik artıq işğal planını yekunlaşdırıb, lakin Netanyahu onu imzalamaqdan imtina edərək yüksək rütbəli zabitləri qəzəbləndirib”, -hesabatda deyilir.
Qəzet qeyd edir ki, imtinaya səbəb Netanyahunun hərbi rəhbərliklə fikir ayrılığı, həmçinin baş nazirin fövqəladə hökumət üzvləri arasında əməliyyat planının yekdilliklə təsdiqlənməsinə nail olmaq istəyi ola bilərdi. Bundan əlavə, Netanyahu işğal uğursuz olarsa, israillilərin etibarını itirməkdən qorxur.
Netanyahu daha əvvəl bildirmişdi ki, İsrail ordusu Qəzza zolağında Fələstinin Həmas hərəkatının döyüşçülərinə qarşı quru əməliyyatına hazırlaşır.
Onun sözlərinə görə, planlaşdırılan hərbi əməliyyatların əsas hədəfləri HƏMAS-ın nümayəndələri olacaq və prioritet vəzifələrdən biri girovların qaytarılmasıdır.
Ayşən