ABŞ-nin bazalarına hücumlar EDİLDİ
    • 29-10-2023, 11:26
    • 252

ABŞ-nin bazalarına hücumlar EDİLDİ

ABŞ-ın Suriyanın şimal-şərqində Haseke vilayətində yerləşən hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

News24.az  “Al Mayadeen” telekanalına istinadən verdiyi xəbər verir ki, Əl-Cebsa neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti Hərəkatı öz üzərinə götürüb.

Bundan əvvəl ABŞ-ın Suriyanın şimalında Əl-Omar neft yatağı yaxınlığında yerləşən iki hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xatırladaq ki, ötən gün Pentaqon Suriyadakı ABŞ bazalarına hücuma cavab olaraq iki “F-16” təyyarəsi ilə İranın Suriyadakı bazalarına zərbə endirildiyini açıqlamışdı.