-
- 19-10-2023, 17:09
- 197
İranın dəstəklədiyi qruplar ABŞ bazalarını vurub - ŞOK İDDİA
Suriyalı müxalifət fəalları Suriyanın şərqində Amerika hərbçilərinin yerləşdiyi neft obyektinə və yaxınlıqdakı bir ABŞ bazasına pilotsuz təyyarə ilə hücum edildiyini bildiriblər.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İtkilər barədə məlumat verilməyib, eyni zamanda ABŞ ordusu təsdiq üçün sorğulara cavab verməyib.
“Deyr əz-Zor 24” media orqanına rəhbərlik edən Avropalı fəal Ömər Əbu Leyla deyir ki, üç pilotsuz təyyarə partlayıcılarla İraqın şərqindəki Deyr əz-Zor əyalətindəki Conoco qaz yatağına zərbə endirib.
Müxalifətin müharibə müşahidəçisi, Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupundan Rami Abdurrahman təsdiq edir ki, Conoco qaz yatağında beş partlayış səsi eşidilib.
Həmçinin üç pilotsuz təyyarənin Suriya, İordaniya və İraq sərhədlərinin kəsişdiyi yerin yaxınlığında Suriyanın şərqindəki ABŞ-ın Tanf bazasına hücum etdiyini bildirilib. İki pilotsuz təyyarənin hədəflərinə çatmadan vurulduğu, üçüncünün isə bazaya dəydiyi və bəzi maddi ziyanın olduğu bildirilib.
Suriya İnsan Haqları Müşahidə Qrupu, həmçinin Əbu Leyla bildirir ki, hücumu Suriyanın şərqində və İraqın qərbində yerləşdirilən İran əsilli döyüşçülər həyata keçirib.
Akqabay