-
- 29-10-2023, 11:28
- 259
İşçilərin DİQQƏTİNƏ: İşdə qeybət edərlərsə...
Türkiyədə işçilər qeybət etdiklərinə görə işdən çıxarıldıqda təzminat almayacaqlar.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Ali Məhkəmə həmkarlarına böhtan atan və qeybət edən işçinin təzminat ödənilmədən işdən çıxarılmasını məqsədəuyğun hesab edib.
Bəs, hüquqşünaslar bu qərara nə deyir?
Vəkil Hadi Dündar qərarın məqsədəuyğun olduğunu bildirərək iş yeri mühitinin dinc olması lazım olduğunu izah edib.
Vəkil Kevser Yıldırım isə ildirib ki, işçinin sosial cəhətdən mənfi davranışı, sosial və etik baxımdan qəbuledilməz olan münasibəti, onun işinə mənfi təsir göstərmədiyi təqdirdə əsaslı səbəb sayıla bilməz.
"Qeybət çərçivəsində deyilən sözlərin iş yerindəki iş performansına və iş yoldaşlığına mənfi təsir edib-etmədiyini ölçmək lazımdır” -deyə, o bu qərarı düzgün hesab etmədiyini diqqətə çatdırıb.
Ülkər Abdurahmanlı