-
- 29-10-2023, 14:39
- 454
Hamilə qadın əri tərəfindən boğularaq öldürüldü - DƏHŞƏTLİ QƏTL
Adanada 4 aylıq hamilə qadın əri tərəfindən tərəfindən boğularaq öldürülüb.
News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Hadisə saat 06:00 radələrində mərkəz Seyhan mahalının Kavaklı məhəlləsində baş verib. İddiaya görə, Emrah Dəmir 1 illik həyat yoldaşı, 4 aylıq hamilə olan Hatice Dəmirlə mübahisə edib. Mübahisə davaya çevrildikdən sonra Emrah Dəmir çölə çıxaraq qonşularına “Mən arvadımı öldürmüşəm” deyə qışqırıb.
Hadisədən sonra əraziyə polis və təcili tibbi yardım maşınları sövq edilib.
Emrah Dəmir polis tərəfindən saxlanılıb. Boğularaq öldürüldüyü ehtimal edilən Hatice Dəmirin cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ülkər Abdurahmanlı