Döydüyü arvadının qohumları tərəfindən GÜLLƏLƏNDİ
    • 20-10-2023, 17:29
    • 430

Döydüyü arvadının qohumları tərəfindən GÜLLƏLƏNDİ

Mardinin Midyat rayonunda həyat yoldaşını döydüyü iddia edilən İsmail Maqat  arvadının qohumları tərəfindən güllələnərək öldürülüb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Hadisə Midyatın Yolbaşı Məhəlləsi kəndində baş verib.

İsmail Maqatın mübahisə etdiyi həyat yoldaşını döydüyü iddia edilib. Bunu eşidən arvadının qohumları İsmayılın evinə basqın ediblər.

Mübahisə davaya çevrilib və İ.Maqat güllələnib. Xəbər üzərinə məhəlləyə polis və təcili tibbi yardım maşınları sövq edilib. İlk müdaxilədən sonra Midyat Dövlət Xəstəxanasına aparılan Maqat həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

Hadisə ilə əlaqədar 1 nəfər polis tərəfindən nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ülkər Abdurahmanlı