Netanyahu üzr İSTƏDİ
    • 29-10-2023, 15:01
    • 261

Netanyahu üzr İSTƏDİ

İsrail Baş naziri Binyamin Netenyahu kəşfiyyat orqanlarının onu HAMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib.

News24.az xəbər verir ki, Binyamin Netenyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib.

Reklamınızı SmartBee ilə effektiv edin.

İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.