İsrailin xarici işlər naziri Antonio Quterreşlə görüşdən İMTİNA ETDİ
    • 24-10-2023, 20:21
    • 345

İsrailin xarici işlər naziri Antonio Quterreşlə görüşdən İMTİNA ETDİ

İsrailin xarici işlər naziri Eli Kohen BMT Baş katibi Antonio Quterreşlə görüşməkdən imtina edib.

News24.az  xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə "X" hesabında bildirib.

Nazir deyib ki, BMT Baş katibinin HAMAS-ın oktyabrın 7-də İsrailə hücumunun birdən-birə baş vermədiyini dediyi üçün o, bu gün Quterreşlə nəzərdə tutulan görüşünü ləğv edib.

"Mən BMT Baş katibi ilə görüşməyəcəm. 7 oktyabrda baş verənlərdən sonra balanslı yanaşma yoxdur. HAMAS yer üzündən silinməlidir", - deyə Kohen bildirib.

Bu gün İsrail-HAMAS müharibəsi və Qəzzadakı vəziyyətlə bağlı BMT TŞ-nin iclası keçirilir. İclasda İsrail xarici işlər naziri Eli Kohen də iştirak edir.