65 yaşında övladının qatili oldu – Bıçaqlayaraq ÖLDÜRDÜ
    • 29-10-2023, 15:32
    • 232

65 yaşında övladının qatili oldu – Bıçaqlayaraq ÖLDÜRDÜ

Türkiyədə Rəcəb Bayram mübahisə zəminində oğlu Ersin Bayramı bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki, bu barədə “SABAH” məlumat yayıb.

Hadisə ötən gecə Ereğli rayonunun Pınarcık kəndində baş verib. Evdə Rəcəb Bayramla oğlu Ersin Bayram arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyərkən Rəcəb Bayram mətbəxdən götürdüyü çörək bıçağı ilə oğlu Ersin Bayramı bıçaqlayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları sövq edilib.

Xəstəxanaya aparılan Ersin Bayramı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Ülkər Abdurahmanlı