SON DƏQİQƏ!!! Azərbaycanda magistral su kəmərində QƏZA OLDU
    • 30-10-2023, 16:44
    • 321

SON DƏQİQƏ!!! Azərbaycanda magistral su kəmərində QƏZA OLDU

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza olub, bəzi ərazilərdə su kəsilib.

News24.az xəbər verir ki, məsələ ilə bağlı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Trend-ə bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində dünəndən təmir gedir.

"Su kəmərində dünəndən başlayaraq təmir aparılır. Bu gün ya sabah təmir başa çatacaq. Biz suyu anbarlarla tənzimləyirik. Su yol boyu müəyyən müddət bəzi ərazilərdə olmaya bilər.

Bu da böyük ərazini əhatə etmir. Oğuz-Qəbələ-Bakı su kəmərində problem olanda Ceyranbatan su anbarından Hökməlidəki su anbarına çəkdiyimiz xətlə su vururuq. Ordan da əhali normal su ilə təmin edilir", - deyə o qeyd edib.