"Qarabağ"dan gözlənilməz MƏĞLUBİYYƏT
    • 30-10-2023, 21:34
    • 722

"Qarabağ"dan gözlənilməz MƏĞLUBİYYƏT

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

News24.az məlumatına görə, sonuncu qarşılaşmada "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 

75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.

"Köhlən-atlar"ın heyətində Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza ata bilib.

Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.