Qəzza fəlakətin ASTANASINDADIR: İçməyə su da tapılmır
    • 31-10-2023, 10:19
    • 150

Qəzza fəlakətin ASTANASINDADIR: İçməyə su da tapılmır

İsrailin günlərdir aramsız bombardman etdiyi Qəzzada yaşayış şəraiti günü-gündən çətinləşir. İsrail Qəzza zolağında elektrik, su, dərman və ərzaq paylanmasını əngəlləyir.

News24.az xəbər verir ki, bu barədə  “Ntv haber” məlumat yayıb.

Dünyanın ən böyük açıq hava həbsxanası olan Qəzzada fələstinlilər bombaların kölgəsi altında sağ qalmağa çalışırlar.

Elektrik, su, qida və dərman kimi ən əsas insan ehtiyaclarının belə İsrailin məhdudiyyətlərinə məruz qalması Qəzzanı humanitar fəlakətin astanasına gətirib.

İnfrastrukturun tamamilə dağıldığı Qəzzada məhdud miqdarda su eşşək və at arabaları ilə paylanır.

Qəzzalılar hətta çörək almaq üçün saatlarla növbə gözləməli olurlar.

Su və ərzaq qıtlığı ilə yanaşı, tibbi ləvazimatların çatışmazlığı da mühüm problemlərdən biridir.

Qəzza humanitar ehtiyacları qarşılaya bilmədiyi üçün epidemiya xəstəlikləri sürətlə artır.

Ülkər Abdurahmanlı