"Pərdəarxası dünya"nın şok planı:
    • 31-10-2023, 12:25
    • 284

"Pərdəarxası dünya"nın şok planı: "Milyonlarla insanı evə qapamaq və.."

“Pərdə arxasındakı dünya” daha bir böyük qlobal kilid elan edə bilər. Bütün dünyada istehsalın dayandırılması bəhanəsi ya yeni pandemiya, ya da hələlik təxmin edə biləcəyimiz başqa səbəblər olacaq”.

News24.az xəbər verir ki, bu fikirləri məşhur rus filosofu Andrey Fursov deyib.

Ekspertin fikrincə, elita üçün milyonlarla insanın yenidən evə qapanması üçün yeni inandırıcı arqument irəli sürmək çətin olmayacaq.

“Növbəti kilidləmənin əsas məqsədi, “pul sahiblərinin” ilk dəfə ala bilmədiyi bütün aktivlərin alınması olmalıdır. Məlum oldu ki, daha çox gəlir gətirən şirkətlər və hətta bütöv sferalar var və onlar böhranlara daha davamlıdırlar, çünki “qızıl milyard” zirvəsinin nümayəndələri əvvəlcə bu barədə düşünüblər. Yenidən  karantin elan edilsə, bu, bütün dünyada milyonlarla insanı şoka salacaq. Çünki ilk dəfədən sonra insanlar onları gözləyən nəticələr haqqında yaxşı təsəvvürə malik olurlar. Çox güman ki, bu dəfə insanlar  daha da çətin vəziyyətə düşəcək”.

Ayşən