Niyə kişi üçün ağlayırsan? – Canlı yayımda müğənnidən SƏRT SÖZLƏR
    • 31-10-2023, 12:53
    • 455

Niyə kişi üçün ağlayırsan? – Canlı yayımda müğənnidən SƏRT SÖZLƏR

Fenomen həyat yoldaşı Bilal Hancı tərəfindən xəyanətə məruz qalan Esin Çepni qonaq olduğu canlı yayımda göz yaşlarını saxlaya bilməyib. 

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

YouTube-da milyonlarla izləyicisi olan “Kafalar Group”un üzvlərindən Bilal Hancı gecə klubunda həyat yoldaşını aldadıb. Ərinin xəyanətindən pərişan olan Esin Çepni Hancının bir qadınla öpüşdüyü videoları yayımlayaraq göz yaşlarına boğulub.

Bu gün 2-ci Səhifə proqramında qonaq olaraq yaşadıqlarını danışan Esin Çepni  digər qonaq Tuğba Ekincinin reaksiyasını çəkib.

Mesin Çepni başına gələnləri danışarkən ağladığında əsəbiləşən Tuğba Ekinci, "Səni sevməyən kişi ilə niyə birlikdəsən? Görürsən ki, sevmir, sən dərhal əl çək" deyərək onu danlayıb.

“Qadınlarımızda qürursuzluğuna çox əsəbiləşirəm”-deyə, o sözlərini tamamlayıb.

Ülkər Abdurahmanlı