"Mahir ay brat" məhkəmə qarşısında
    • 31-10-2023, 17:28
    • 290

"Mahir ay brat" məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qanunsuz narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən  meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə,  hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Mahir Qonşuyevin vəkili məhkəmə iclasında iştirak etmədiyindən proses noyabrın 14-də davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda keçirdikləri əməliyyat zamanı Mahir Qonşuyev saxlanılıb. Onun üzərindən narkotik vasitə olan həb (metamfetamin) aşkar edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Samir Əli