-
- 12-10-2023, 15:23
- 327
Külli miqdarda narkotik alverində təqsirləndirilən şəxs azadlığa BURAXILDI
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi də təqsirləndirilərək həbs edilən Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Faiq Qəniyev in sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Rəhimovun cinayəti sübuta yetirilmədiyi üçün ona bəraət verilib. E
Rəhimov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, R.Rəhimov Bakıda keçirilən əməliyyat zamanı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Samir Əli