Şəkər əvəzediciləri daha təhlükəlidir
    • 1-11-2023, 14:19
    • 428

Şəkər əvəzediciləri daha təhlükəlidir

Pəhriz içkilər, qida məhsulları və ağız yaxalayıcıları, habelə dərmanların istehsalında istifadə olunan süni şəkər əvəzediciləri diabet və depressiya riskini artıra bilər.

News24 xarici mənbələrə istinadla bildirir ki, süni dadlandırıcılar şəkərdən dəfələrlə şirindir və demək olar ki, onların tərkibində heç bir kalori olmur. Süni dadlandırıcılardan yalnız pəhriz içkiləri və desertlərin istehsalında deyil, həm də əczaçılıq sənayesində istifadə olunur. Onlar antidepresanlar və antibiotiklər kimi dərmanların tərkibində yer alır. 

Tədqiqatlar süni dadlandırıcıların depressiya riskini artıra biləcəyini göstərir. Bu risklərlə bağlı mexanizmlər hələ öyrənilməsə də, alimlər hesab edirlər ki, şəkər əvəzediciləri beyində insanın ovqatına təsir edə biləcək müəyyən siqnal molekullarının fəaliyyətini stimullaşdıra bilər.

Diabetdən əziyyət çəkən bir çox insan xəstəliyinin kəskinləşməməsi və özünü daha yaxşı hiss etməsi üçün şəkərdən imtina edir və şəkər əvəzedicilərinə keçir. Amma dadlandırıcılar orqanizmin qan şəkərinin səviyyəsini tənzimləmək qabiliyyətinə təsir etməklə 2-ci növ diabetin inkişaf riskini paradoksal şəkildə artıra bilər. 

Bununla belə, dietoloqlar dadlandırıcılardan asılılıq səviyyəsinin təbii şəkərdən güclü olmadığı qənaətindədirlər. Onların fikrincə, insan bir neçə gün ərzində süni əvəzedicilərə olan həvəsini azalda bilər. Dietoloqlar bunun üçün daha çox tərəz, meyvə və yulaf yeməyi tövsiyə edirlər. 

Səidə