Rusiyalıların 70%-i müharibənin dayandırılmasını istəyir
    • 1-11-2023, 09:53
    • 163

Rusiyalıların 70%-i müharibənin dayandırılmasını istəyir

Rusiyalıların 70%-i prezident Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq qərarı qəbul edəcəyi halda onu dəstəkləyəcəyini deyib. 

News24 xəbər verir ki, Rusiyanın “Levada” mərkəzinin oktyabrın 19-dan 25-nə qədər ölkənin 137 yaşayış məntəqəsində 1607 rusiyalı arasında keçirdiyi sorğu bunu deməyə əsas verir. 

Ancaq sorğu göstərib ki, Putin müharibəni işğal olunmuş ərazilərin Ukraynaya qaytarılması şərti ilə dayandırmaq qərarına gəlsəydi, rusların yalnız 34%-i prezidentin bu siyasətini dəstəkləmiş olardı. 

Rusiyalı respondentlərin 55%-i hesab edir ki, müharibə dayandırılmalı və sülh danışıqlarına başlanmalıdır. 

Sorğuya qatılan rusiyalıların 38%-i isə hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.