Azərbaycanda kartlarla ödəniş iki dəfə artıb - Fərid Osmanov
    • 1-11-2023, 10:20
    • 182

Azərbaycanda kartlarla ödəniş iki dəfə artıb - Fərid Osmanov

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda token əməliyyatlarının ümumi məbləği 1,9 milyard manat təşkil edib.

R TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, hesabat dövründə POS-terminallarla həyata keçirilən ödənişlərdə token əməliyyatlarının xüsusi çəkisi 27 % olub.

Bundan başqa, AMB rəsmisi deyib ki, 9 ay ərzində cari hesablar üzərindən aparılan müştəri köçürmələrində internet bankçılığının payı 80 % təşkil edib.

"Son 1 ildə kartlarla keçirilən aktiv ödənişlərin məbləği isə 2 dəfə artaraq 33 milyard manata çatıb", - deyə F.Osmanov qeyd edib.

Aslan Nadiroğlu