Azərbaycan universitetləri də bu siyahıya DÜŞƏ BİLƏCƏK - Nazir
    • 1-11-2023, 11:45
    • 106

Azərbaycan universitetləri də bu siyahıya DÜŞƏ BİLƏCƏK - Nazir

Azərbaycan universitetlərinin cəmiyyətə təqdim etdiyi göstəriciləri 5 il ərzində formalaşır. Sizə 2023-cü ildə təqdim edilən reytinq cədvəli əslində 2018-ci ildə olan göstəricilərdir.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın üç universiteti dünya universitetləri siyahısına düşə biləcək: 

“Bu sual mediada da çox səslənir ki, niyə Azərbaycan universitetləri dünya universitetlərinin top 5 siyahısında deyil.

Yaxın 3-4 il ərzində Azərbaycanın 3 universiteti top 800 universitet siyahısına düşə biləcək. Buna inanırıq”.

Qumral