Ən yaxşı universitetlərinin sırasında Azərbaycanın 7 ali məktəbi də yer alıb
    • 31-10-2018, 10:30
    • 1 197

Ən yaxşı universitetlərinin sırasında Azərbaycanın 7 ali məktəbi də yer alıb

Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə, Azərbaycanın 7 ali məktəbi Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin reytinqinə daxil olub.
QS-in rəsmi saytında xəbər verilir ki, reytinqdə Azərbaycandan Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti yer alıb.
Reytinqdə Azərbaycan universitetləri arasında ən yüksək mövqeni Bakı Dövlət Universiteti tutub - 2019-cu il üzrə 142-ci yer. Digər ali məktəblər ikinci yüzlükdə qərarlaşıb.
Qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin reytinqinə Rusiyanın iki universiteti - Lomonosov adına Moskva Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti başçılıq edib.