İnfarkt keçirən Musa Musayev DANIŞDI
    • 1-11-2023, 14:26
    • 850

İnfarkt keçirən Musa Musayev DANIŞDI

Xəbər verdiyimiz kimi, sevilən müğənni Musa Musayev bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirib. 

News24.az xəbər verir ki, o, səhhəti ilə bağlı prodüser Tolik (Tarix) Əliyevin aparıcılıq etdiyi MTV Azərbaycan kanalında yayımlanan "Tarixin bir günü" verilişində danışıb. 

M.Musayev səhhətinin yaxşılığa doğru getdiyini bildirib:

"Məni sevənlərə səslənirəm ki, artıq yavaş-yavaş yaxşılaşıram. Allaha şükür həkimlərimizin sayəsində düzəlirəm. Allah bütün xəstələrimizə şəfa versin. Pərəstişkarlarıma, məni sevənlərə də öz minnətdarlığımı bildirirəm. İnşallah yaxın vaxtlarda səhnəyə qayıdaram".

Aynurə