İnfarkt keçirən Ofeliya Sənanidən XƏBƏR VAR
    • 6-10-2019, 14:11
    • 1 376

İnfarkt keçirən Ofeliya Sənanidən XƏBƏR VAR

Ofeliya Sənaninin səhhəti ilə bağlı yeni xəbər var.
News24.az xəbər verir ki, diktorun səhhəti yaxşılığa doğru gedir. Bu barədə teleaparıcı Dilarə Səlim öz Facebook hesabında məlumat verib:
"Çox şükür ki, Ofeliya xanımın vəziyyəti yaxşılığa doğru gedir. İndi danışdım sevimli diktorumuz, dəyərli müəlliməm Ofeliya xanımla.Telefona özünün cavab verməsi məni çox sevindirdi. Dünən axşam efirdə əməliyyat olunması xəbərini vermək çox üzücü idi. Amma min şükür ki, özünün də dediyi kimi səhhəti yavaş-yavaş  düzəlməyə doğru gedir. Amma hələ də xəstəxanada həkimlərin nəzarəti altındadır. Tez sağalın, Ofeliya xanım. Siz Valid müəllimin bizə yadigarısınız. Allah sizə can sağlığı versin. Yastığınız yüngül olsun".
Xatırladaq ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.