Türkiyədən münaqişənin həlli ilə bağlı TƏKLİF
    • 1-11-2023, 15:09
    • 170

Türkiyədən münaqişənin həlli ilə bağlı TƏKLİF

Ankara İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün qarant kimi çıxış etməyə hazırdır.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra deyib: “Biz nizamlanmanın təminatçısı kimi çıxış etməyə hazırıq”.

H. Fidan Fələstin probleminin həllində ikili standartların yolverilməzliyini də bəyan edib. “Ukrayna və Qəzza üçün fərqli standartlar ola bilməz. Əgər ədalətli sülh yaratmaq istəyiriksə, prinsipial və balanslı hərəkət etməliyik”, - Türkiyə XİN rəhbəri qeyd edib. 

Akqabay