"Dünya Qəzza üçün çalışmalıdır yoxsa pis hadisələr..." - Fidan
    • 27-10-2023, 18:40
    • 173

"Dünya Qəzza üçün çalışmalıdır yoxsa pis hadisələr..." - Fidan

“Dünya Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımın kəsintisiz şəkildə bölgəyə çatdırılması üçün səy göstərməli və çalışmalıdır”.

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, bu barədə Ankarada danimarkalı həmkarı Lars Lökke Rasmussen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı çıxış edərkən bildirib.

“Türkiyə bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır.İsrail sülh istəyirsə, fələstinlilərin öz torpaqları, dövlətlərində yaşamaq haqlarına hörmət etməlidir".

Fidan vurğulayıb ki, Qəzzadakı böhranın yayılmasının qarşısı alınmalıdır: “Bu baş verməzsə, beynəlxalq səviyyədə daha pis hadisələr baş verə bilər.Türkiyənin təklif etdiyi qarant ölkələr prinsipi müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur”.

Ayşən