-
- 3-09-2023, 18:43
- 247
Kərkükdə baş verənlərdən narahatıq - Hakan Fidan
"İraqın əsas və qurucu ünsürlərindən biri olan türkmənlərin vətəni Kərkükdə baş verənlərdən kədərlənirik və narahatıq".
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Kərkükün sülhü və sabitliyi bütün İraqın sülh və sabitliyinə təsir edir. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük. Son zamanlar Kərkükdə artan PKK varlığının tez bir zamanda təmizlənilməsi lazımdır", - deyə Türkiyə XİN başçısı qeyd edib.
Günəş Mərd