-
- 2-11-2023, 12:33
- 208
Ərzaq qiymətlərinin düşməsini müşahidə edirik - Nazir
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan tam azad olunub.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: “Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir. Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15%-dək artıb”.
Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”.
Nazir nəzərə çatdırıb ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 %-i özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.