Məşhur akytorun ölümündən bir gün əvvəl görüşdüyü sirli QADIN...
    • 2-11-2023, 13:48
    • 185

Məşhur akytorun ölümündən bir gün əvvəl görüşdüyü sirli QADIN...

"Friends" serialının ulduzu Metyu Perrinin ölümündən bir gün əvvəl oteldə nahar etdiyi sirli qadın üzə çıxıb.

News24.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Bu yaxınlarda evində hamam vanasıda ölü tapılan Dostlar serialının Çandleri Metyu Perrinin ölümündən sonra bir çox sui-qəsd nəzəriyyələri irəli sürülüb.

Perrinin ölümündən əvvəl paylaşımlarının birində “Mattman” ifadəsini işlətməsinin yardım çağırışı olduğunu iddia edənlər də olub. 

Bu zaman TMZ tərəfindən Metyu Perrinin ölümündən əvvəl sirli bir qadınla yediyi nahardan bir foto yayımlanıb.

Həmin qadının kim olduğu ortaya çıxıb. Athena Crosby kimi tanınan sirli qadın TMZ-yə danışıb.

Crosby xüsusilə "Mattman" ifadəsi ilə bağlı sui-qəsd nəzəriyyələrinə reaksiya verib.

“O, özünü "Mattman" adlandırırdı", - deyə, sirli qadın bildirib.

Ülkər Abdurahmanlı