Sabirabadda qəzalı körpü TƏHLÜKƏ SAÇIR -FOTO/VİDEO
    • 2-11-2023, 15:00
    • 247

Sabirabadda qəzalı körpü TƏHLÜKƏ SAÇIR -FOTO/VİDEO

Sabirabad rayonu Sarxanbəyli kəndinin girişindəki körpü uçmaq təhlükəsi ilə üz-üzədir.

News24.az xəbər verir ki, yayılan video görüntülərdə körpünün qəzalı vəziyyətdə olduğu, orta hissəsinin deşildiyi görünür. Buna baxmayaraq avtomobillər və sakinlər həmin körpüdən istifadə edir. Bu da vətəndaşların həyatı üçün təhlükə yaradır. 

Məsələ ilə bağlı Sabirabad Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bildirib ki, körpü agentliyin balansında deyil. 

Qumral Əliyeva