-
- 2-11-2023, 16:04
- 209
Husilərdən İsrailə HƏDƏ-QORXU: Günləriniz sayılıdır
İsrail xəstəxanaları və mülki yaşayış məntəqələrini açıq şəkildə bombalamağa davam edərkən, Yəməndəki Husilərdən İsrailə müharibə elan etdiklərini bildirən mübahisəli bir açıqlama gəlib.
News24.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
27 gündür Qəzza qırğınlarını davam etdirən İsrail, dəfələrlə bombaladığı xəstəxana və qəsəbələrdə indiyə qədər 9 min 61 mülki vətəndaşı qətlə yetirib. Bütün beynəlxalq çağırışlara baxmayaraq hücumlarını dayandırmayan İsrail bununla kifayətlənmir və bombardmanların intensivliyini artırır.
Qırğınlarına davam edəcəyini bəyan edən İsrail Yəməndəki husilərdən sərt cavab alıb. İşğalçı İsrailə müharibə elan etdiklərini açıqlayan husilər bir həftədir ki, Yəmənin qərbindən İsrailə raketlər və partlayıcı yüklü kamikadze pilotsuz təyyarələr göndərir. Husi qruplaşması çərşənbə günü axşam saatlarında yeni hücum dalğası elan edib.
Husilər İsrail daxilində bir çox hədəfə çoxlu sayda pilotsuz uçuş aparatları (PUA) atdıqlarını açıqlayıblar. Husilərin hərbi sözçüsü Yəhya Seri bununla bağlı yazılı açıqlama verib.
İsrailin Qəzzaya hücumları dayanana qədər hərbi əməliyyatlarının davam edəcəyini bildirən Seri, hücumu məzlum Fələstin xalqının qələbəsi, Yəmən xalqının və bütün ümmət xalqının tələb və çağırışlarına cavab vermək üçün həyata keçirdiklərini vurğulayıb.
İsrail ordusu bölgənin müdafiəsini gücləndirmək üçün döyüş gəmilərinin Qırmızı dənizə yerləşdirildiyini bildirsə də, husilərin açıqlamasına hələlik şərh verilməyib.
Ülkər Abdurahmanlı