ABŞ İsrailə ilk hərbi yardımını etdi - Müharibə daha da ALOVLANACAQ
    • 11-10-2023, 11:11
    • 180

ABŞ İsrailə ilk hərbi yardımını etdi - Müharibə daha da ALOVLANACAQ

ABŞ İsrailə ilk hərbi yardımını edib.

News24.az Day.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarını daşıyan təyyarə İsrailin Nevatim Hərbi Hava Bazasına eniş edib.

Məlumata görə, sursatlar dağıdıcı zərbələr endirmək və digər ssenarilər üçün nəzərdə tutulub. Konkret olaraq hansı ssenarilərdən söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, dünən ABŞ İsrailə təhlükəsizlik yardımının ilk hissəsini göndərib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.