Efirdə QALMAQAL: Arvadının 8 sevgilisi olduğunu söyləyib kömək istədi
    • 2-11-2023, 17:36
    • 191

Efirdə QALMAQAL: Arvadının 8 sevgilisi olduğunu söyləyib kömək istədi

Türkiyəni Star Tv kanalında yayımlanan Zahidə Yetişin verlişində qalmaqallı anlar yaşanıb.

Həyat yoldaşının 8 sevgilisi olduğunu və evdən qaçdığını deyən Məhəmməd bəy Zahide Yetişin proqramına çıxıb və kömək istəyib.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

 O bildirib ki, həyat yoldaşının övladı üçün evə qayıtmasını istəyir.

Star TV-də “Yenidən Zahide Yetişlə başlayaq” proqramında yer alan Məhəmməd bəy həyat yoldaşının onun aldatdığını və evdən qaçdığını söyləyərək kömək istəyib.

Haqqında çoxlu iddialar səslənən İlknur canlı yayıma çıxıb. Əri ilə üz-üzə gələndə göz yaşlarına boğulan və çətin günlər keçirdiyini deyən İlknur ərinin ona baxmadığını deyib. Məhəmməd, aylardır həyat yoldaşı üçün hər şeyi etdiyini və onun yalan söylədiyini diqqətə çatdırıb.

Ülkər Abdurahmanlı