Mərhumun ikinci arvadı birinci həyat yoldaşının anasını döydü
    • 7-04-2022, 11:36
    • 685

Mərhumun ikinci arvadı birinci həyat yoldaşının anasını döydü

Sumqayıt şəhərində vəfat edən ərinin birinci həyat yoldaşının anasını döyən qadın məhkəmə qarşısına çıxarılıb.

News24.az xəbər verir ki, Sumqayt şəhər Məhkəməsində bu il 17 fevral tarixində baş vermiş hadisə ilə bağlı hökm elan edilib.

Hökmə əsasən həyat yoldaşının 1-ci arvadının anası Şükufə Məmmədovanı döyərək ona müxtəlif bədən xəsarətləri yetirmiş tibb bacısı, 1980-ci il təvəllüdlü Pərvanə Qədirova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək min manat məbləğində cərimə edilib.

Hadisəyə gəlincə məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əbilov 2007-ci ildə Ülviyyə adlı xanımla ail qurub və onlarn 2 övladı dünyaya gəlib.

2019-cu ildə onlar boşanıblar və 2020-ci ildə Ramil tibb bacısı işləyən Pərvanə ilə tanış olaraq onunla evlənib. Lakin evləndikdən 6 ay sonra Ramil Covid-19 virusuna yoluxaraq vəfat edib. Bundan sonra Ramilin anası gəlini Ülviyyə ilə birlikdə yaşadıqları və 49-cu məhəllədə yerləşən evi satmağa qərar veriblər. Evi alan şəxs bir müddət sonra mənzilin mübahisəli olduğunu, Ramilin birinci həyat yoldaşının da oraya iddia etdiyini görərək evdən çıxıb. Bundan sonra evə Ülviyyəgil məskunlaşıb.

Bundan xəbər tutan Ramilin anası və ikinci həyat yoldaşı Pərvanə oraya gəliblər və dava dalaş düşüb. Dava zamanı Pərvanə Ülviyyənin anası Şükufəyə zərbələr endirib.