İki gün əvvəl evdə meyiti tapılan qadın öldürülübmüş…
    • 3-11-2023, 10:04
    • 122

İki gün əvvəl evdə meyiti tapılan qadın öldürülübmüş…

Xaçmaz rayonunda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub.

News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şahin Səməd oğlu Əhmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evdə aşkarlanmışdı.

Faktla bağlı araşdırmalar aparılır.