Rafael Ağayev Avropa çempionatının finalında uduzub
    • 30-03-2019, 16:46
    • 1 511

Rafael Ağayev Avropa çempionatının finalında uduzub

Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.

News24.az
“Report”-a istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmanaçı İspaniyanın Qvadalaxara şəhərində ikinci yeri tutub. O, həlledici görüşdə italiyalı Luici Busaya uduzub - 0:1. R.Ağayev finala qədər Yusid Suljiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosova) və Stanislav Xorunanı üstələyib.
Bunadək Asiman Qurbanlı (+84 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub.