Sərkisyanla Şahramanyan arasında gizli görüş: Razılaşma olub?
    • 3-11-2023, 10:24
    • 611

Sərkisyanla Şahramanyan arasında gizli görüş: Razılaşma olub?

Separatçılar dünən “Marriott” hotelində qapalı toplantı keçirib. Üç saata yaxın davam edən toplantıda Şahramanyanla yanaşı, qondarma “deputatlar” və digər separatçılar da iştirak edib.

News24.az xəbər verir ki, əsas müzakirə Xankəndidə qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina və bundan sonra atılacaq addımlarla bağlı olub.

Şahramanyan həmin toplantıda nə Serj Sərkisyan, nə də Robert Köçəryanla bir yerdə görünmək istəyib. “Hraparak” nəşri yazır ki, Samvel Şahramanyan Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanla ötən gün ayrıca görüşüb.

Nəşrin məlumatına görə, görüşün təşəbbüskarı Serj Sərkisyan olub.

“Bizə məlumat verildi ki, ötən gün Samvel Şahramanyanla Serj Sərkisyan arasında görüş keçirilib. O, Şahramanyanla şəxsən tanış olsa da, daha çox ona yaxın deyil, “prezident” institutunu və Şahramanyanın Bako Saakyanla yaxınlığını vurğulayıb. Şahramanyanla görüşmək və onu dinləmək arzusunda olduğunu bildirib. Ona şəxsən dəstək göstərməyə çalışıb. Təbii ki, onların nə danışdıqları və ya razılaşdıqları məsələ açıqlanmır”, - qəzet qeyd edib.

Akqabay