-
- 27-07-2018, 19:00
- 838
Dünyanın ən gənc transferi: 6 aylığında müqavilə imzaladılar - FOTO
"Trabzonspor"un hələ 6 aylıq olduğu vaxt müqavilə imzaladığı "dünyanın ən gənc transferi" olan Bordo Mavişməşqlərə başlayıb.
Balıkəsirdə yaşayan və "Trabzonspor" fanatı olan Maviş ailəsinin uşağ olan Bordo Maviş bütün diqqətləri üzərinə çəkib.
Uşağın atası Ulaş Maviş oğlunun "Trabzonspor"la müqavilə imzalamasından danışıb: "Əvvəllər Bordonun hekayəsini kiçik bir azarkeş kütləsi bilirdi. İhlas Xəbər Agentliyi xəbər hazırlayandan sonra "Trabzonspor"un da diqqətini çəkdi. Kluba etdiyimiz ziyarətdən sonra onu futbol akademiyasına ötürmək istədiklərini dedilər. Təqdimetmə mərasimi də gözəl oldu. Oğlum dünyanın ən gənc transferi olaraq tarixə düşdü. Gələcəkdə Trabzona köçməyi istəyirik. Əslində bu məsələ daha əvvəl gündəmə gəlmişdi. Klubun keçmiş prezidenti Muharrem Usta "Bordonu Trabzonda böyüdək" demişdi. Amma klubdakı bəzi problemlərə görə rəhbərlik dəyişdi. Yeni prezident Ahmet Ağaoğlu və rəhbərlik Bordonu unutmayıb. İnkişafını izləyib, dəstək verirlər. Vaxtı gələndə onun üçün lazım olan addımları atacaqlarına inanıram. Bordo indi idman, futbolla tanışlıq mərhələsindədi. Yavaş-yavaş futbolu sevə biləcəyi oyunları oynayır. Məşqlərə davam edəcək. Ona inamımız böyükdü".
Uşağın anası Burcu Maviş isə oğlunun ilk növbədə dürüst, kiçik şeylərdən xoşbəxt ola bilən, özünə inanan bir uşaq olmasını arzuladıqlarını bildirib: "Belə bir uşaq yetişdimək istəyirik. Bundan sonra onun yaxşı bir futbolçu olmasını arzulayırıq. Hələ 16 aylıq olsa da, futbola və topa böyük marağı var. Ayağa durub yerməyə başladıqdan 3 gün sonra qarşısına top qoyduq ki, görək neynəyəcək? Birbaşa topa yaxınlaşıb ona zərbə vurmağa başladı. Bordo 3-4 yaşına çatandan sonra "Trabzonspor" klubunun dəstəyi ilə hazırlıqlara başlayacaq və yaxşı futbolçu olaraq bizim arzumuzu yerinə yetirəcəyinə inanırıq".
//Qaynarinfo