İsrailin planı AÇIQLANDI: Qəzzanı iki yerə böləcəklər
    • 3-11-2023, 13:15
    • 146

İsrailin planı AÇIQLANDI: Qəzzanı iki yerə böləcəklər

ABŞ mətbuatında çıxan bir xəbər böyük təsir bağışlayıb. İsrailin Qəzza planı ilə bağlı xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi bildirilib. 

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

 9 mindən çox insanın öldüyü Qəzzada qarşıdurmalar davam edərkən, ABŞ mətbuatında çıxan bir xəbər böyük əks-səda yaradıb. Xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi və Qəzzanın şimalını şimal, şərq və şimal-şərqdən mühasirəyə aldıqları yazılıb.

Qeyd edək ki, Qəzza zolağında oktyabrın 31-dən bəri baş verən qarşıdurmalarda həlak olan əsgərlərin sayı 23-ə yüksəlib, Qəssam Briqadaları isə 242 israilli məhbusu saxlayır

Ülkər Abdurahmanlı