-
- 3-11-2023, 15:23
- 306
Yeni müharibə olacaq: İsrailə bir gün vaxt verildi
Livanın “Hizbullah” qruplaşması ABŞ-ni İsrail ordusunun noyabrın 3-dək Qəzza zolağında hərbi əməliyyatları dayandırmayacağı təqdirdə İsrailə qarşı yeni cəbhə açacağı ilə hədələyib.
News24.az xəbər verir ki, bu barədə İranın diplomatik dairələrindəki mənbə Küveytin “Əl-Cəridə” qəzetinə bildirib.
Məlumata görə, qruplaşmanın lideri Həsən Nəsrullah bu gün çıxış edəcək və İsrail ordusu tərəfindən atəşkəs əldə olunmasa, ümumi çağırış elan edərək İsrailə qarşı hərbi əməliyyata başlayacaq.
Xatırladaq ki, TSAXAL və HƏMAS qarşıdurmasından sonra “Hizbullah” mütəmadi olaraq İsrail ərazisini atəşə tutub. İsrailin İqtisadiyyat və Sənaye naziri Nir Barkat daha əvvəl xəbərdarlıq etmişdi ki, “Hizbullah” ikinci cəbhə açmaq qərarına gəlsə, İsrail də İrana hücum edəcək. “Düşmənlərimizə çox aydın mesajımız var. Biz onlara deyirik: Qəzza zolağında baş verənlərə baxın, bizə hücum etsəniz, eynisi sizin də başınıza gələcək”, - deyə o bildirib.
Akqabay