Balakəndə AĞIR QƏZA: ölən və xəsarət alan var
    • 3-11-2023, 22:52
    • 234

Balakəndə AĞIR QƏZA: ölən və xəsarət alan var

Balakəndə avtomobil və traktorun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, digəri xəsarət alıb.

News24.az report-a istinadən xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində Şaban Çalabovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin, 1955-ci il təvəllüdlü Çalabov Əli Şaban oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.