Nazir: Bunun 70 faizi Azərbaycanın payına düşür
    • 4-11-2023, 20:49
    • 126

Nazir: Bunun 70 faizi Azərbaycanın payına düşür

Uzun illər ərzində Azərbaycan ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı sərmayələrin qoyulması, infrastruktur layihələrində qarşılıqlı iştirak sahələrində əlaqələr uğurla inkişaf edir.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib ki, Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar.

“Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələrini olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb”, - deyə C.Bayramov əlavə edib.