Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi
    • 5-11-2023, 11:19
    • 509

Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində “vacib” və “məsul” vəzifəyə təyin edilib. 

News24.az xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.

“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, – respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev və Dövlət Dumasının deputatı yazıblar. 

Onun sözlərinə görə, kiçik Kadırov özünü “Vətənin cəsur, vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır olan şəxs” kimi göstərib və bir neçə dəfə də hərbi əməliyyatlar zonasında olub. 

Qeyd edək ki, avqust ayında Adam Kadırov Qroznı istintaq təcridxanasında Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döymüşdü.

Ayşən