Kadırovun vəziyyəti pisdir: Kreml ona əvəz axtarır
    • 17-09-2023, 11:41
    • 488

Kadırovun vəziyyəti pisdir: Kreml ona əvəz axtarır

Son həftədə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin ağır olması ilə bağlı məlumatlar dolaşır. Ola bilsin ki, Kadırov komadadır.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu inquş jurnalisti Maqomed Toriyev deyib.

Onun sözlərinə görə, Kadırovun səhhətinin pis olması ilə bağlı nə Çeçenistanda, nə də Avropada yaşayan çeçen diasporunda təsdiqini tapan məlumat yoxdur. Bununla belə jurnalist hesab edir ki, əgər Kadırov həqiqətən də komadadırsa, Kreml onu əvəz etməyə qərar verənə kimi orada da qalmağa davam edəcək.

Toriyev bildirib ki, Kadırovu üç şəxs – Dövlət Dumasının deputatı Adam Delimxanov, çeçen parlamentinin rəhbəri Maqomed Daudov və Çeçenistanın güc bloku üzrə baş nazirin müavini və “Əhməd” xüsusi təyinatlılarının rəhbəri Abuzayd Vismuradov əvəz edə bilər.