Tərtərdə mina partlayışı: xəsarət alan var
    • 5-11-2023, 12:43
    • 225

Tərtərdə mina partlayışı: xəsarət alan var

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Hazırda araşdırma aparılır.

Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq.