Tərtərdə minaya düşən şəxsin ayaqları amputasiya EDİLDİ - RTV VİDEO
    • 7-10-2023, 11:27
    • 255

Tərtərdə minaya düşən şəxsin ayaqları amputasiya EDİLDİ - RTV VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan News24.az -a verilən məlumatda bildirilib ki, 6 oktyabrda Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

"Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib".

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:

"Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

· Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

· Yalnız gündəlik işlək yollardan istifadə edin!

· Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

· Naməlum əşyalara toxunmayın!

· Özünüzü, ailənizi, yaxınlarınızı düşünün".