Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib
    • 5-11-2023, 13:30
    • 172

Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) noyabrın 5-də Tərtər rayon sakininin mina partlayışı nəticəsində xəsarət alması ilə bağlı məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən News24.az-a daxil olan məlumata görə, Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, - deyə məlumatda qeyd olunub.