HƏMAS-ın İsrailli nazirə cavabı:
    • 5-11-2023, 15:21
    • 250

HƏMAS-ın İsrailli nazirə cavabı: "Bunlar ABŞ-dən qaynaqlanır"

“İsrailli nazirin Qəzza zolağına nüvə zərbəsi endirilməsi ehtimalı ilə bağlı açıqlamaları bu hökumətin və onun liderlərinin Fələstin xalqına qarşı həyata keçirdiyi terroru əks etdirir”.

News24.az “RİA Novosti”yə istinadla  xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Hazem Qassem bildirib.

“Sionist İşğal Hökumətinin İrs Naziri adlandırılan şəxsin Qəzza zolağına nüvə bombası atmağın nəzərdən keçirilən variantlardan biri olduğuna dair bəyanatları bu faşist hökumətin və onun rəhbərlərinin Fələstin xalqına qarşı həyata keçirdiyi misli görünməmiş cinayət terrorunu əks etdirir”, - deyə Qassem bəyanatda bildirib.

HƏMAS sözçüsü həmçinin qeyd edib ki, bu cür bəyanatlar ABŞ-nin Qəzza zolağında İsrailin hərəkətlərinə tam dəstək verməsindən qaynaqlanır.

Qeyd edək ki, bundan əvvəl İsrailin Qüds işləri və irs naziri Amichai Eliyahu Qəzza zolağına atom bombasının atılmasını münaqişənin inkişafı üçün “imkanlardan biri” olduğunu, buna cavab olaraq hakimiyyət və İsrail siyasətçiləri artıq belə bir bəyanatı pislədiyini bildirib. 

Ayşən