-
- 2-11-2023, 17:17
- 199
HƏMAS-ın Ağ Evə cavabı gecikmədi: "RƏDD EDƏCƏYİK"
“Ağ Evin Qəzza əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının idarə olunması ilə bağlı beynəlxalq və regional danışıqlara dair bəyanatları kobud və qəbuledilməzdir”.
News24.az xəbər verir ki, bu barədə HƏMAS açıqlaması zamanı bildirib.
HƏMAS ABŞ-ı Qəzzanın gələcək yenidən qurulması ilə bağlı danışıqlara görə tənqid edib.
“Birləşmiş Ştatların Qəzza zolağına müdaxilə etmək və yeni reallıq tətbiq etmək üçün hər hansı açıq cəhdi tamamilə rədd ediləcək və Fələstin xalqımız buna qarşı çıxacaq və güc tətbiqi də daxil olmaqla, bütün mümkün vasitələrlə cavab verəcək”.
Qeyd edək ki, bundan əvvəl Britaniya Ordusunun Baş Qərargahın keçmiş rəisi Lord Riçard Dannatt bildirmişdi ki, Qəzza zolağında İsrail Müdafiə Qüvvələri hərbi tarixin ən çətin əməliyyatlarından biri ilə üzləşəcək.
Ayşən